Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu artıb

İqtisadiyyat Materials 29 Aprel 2026 18:41 (UTC +04:00)
Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 2,261 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 97,2 milyon manat və ya 4,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 366,1 milyon manat və ya 19,3% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin aprelin 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,932 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 368 milyon manat və ya 1,1%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və ya 9,2% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti