ABŞ astronavtları 2029-cu ilə qədər Aya enə bilər

Dünya xəbərləri Materials 30 Aprel 2026 06:36 (UTC +04:00)
ABŞ astronavtları 2029-cu ilə qədər Aya enə bilər

Bakı. Trend:

İkinci prezidentlik müddətimin sonuna – 2029-cu ilə qədər ABŞ astronavtlarının Aya enməsi ehtimalı kifayət qədər yüksəkdir.

Trend xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp səsləndirib.

“Bu istiqamətdə ciddi imkanlarımız var. İşlər planlaşdırılandan daha sürətlə irəliləyir. Ay proqramı çərçivəsində raket buraxılışlarını sabit şəkildə bərpa etmişik. Artemis 2 missiyası artıq Aya uçuşunu tamamlayıb. 2027-ci ildə Artemis 3 missiyasını həyata keçirməyi planlaşdırırıq və 2028-ci ildə astronavtların Ay səthinə enməsi üçün iki potensial imkan nəzərdə tutulur”, – deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti