Londonda sinaqoq qarşısında hücumun bəzi təfərrüatları açıqlanıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 29 Aprel 2026 16:42 (UTC +04:00)
Londonda sinaqoq qarşısında hücumun bəzi təfərrüatları açıqlanıb (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonda sinaqoq qarşısında törədilmiş soyuq silahlı hücumun bəzi təfərrüatları məlum olub.

Trend xarici mediaya istinadən xəbər verir ki, Qolders Qrin küçəsinə bıçaqla hücum məruz qalmış iki şəxs xəstəxanada ağır vəziyyətdədir.

Onlardan birinin yəhudi məhəlləsindəki dükanın qarşısında digəri isə sinaqoqun qarşısındakı yolun kənarında bıçaqlanıb.

London baş polis idarəsinin məlumatına görə, hücumu həyata keçirən şəxs 45 yaşlarında olan kişidir. O eyni zamanda, hadisə yerinə gələn polisə bıçaqla xəsarətlər yetirməyə çalışıb. Onun vətəndaşlığının və keçmişinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Ötən ay insidentin baş verdiyi ərazidən təxminən 300 metr aralıqda dörd yəhudi təcili tibbi yardım maşını yandırılmışdı. Britaniyanın Baş naziri Kir Starmer hadisəni qəti şəkildə pisləyərək, hücuma cavabdeh olanların məsuliyyətə cəlb olunacağını bəyan edib.

“Yəhudi icmasına edilən hücum bütövlükdə Britaniyaya edilmiş hücumdur”, - deyə o bildirib.

xxx
15:51

İngiltərənin paytaxtı Londonun şimalında yəhudilərin kompakt yaşadığı rayonda iki nəfərə soyuq silahla hücum olub.

Trend bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, insident Qolderss-Qrin rayonunda sinaqoqun qarşısında baş verib.

Hücumu həyata keçirən şəxs təslim olmadığından polis ona qarşı elektroşoklu tapançalardan istifadə edib və onu həbs edib. Digər təfərrüatlar açıqlanmır. Zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti