Sabah hava necə olacaq? - Açıqlama

Cəmiyyət Materials 29 Aprel 2026 12:30 (UTC +04:00)
Sabah hava necə olacaq? - Açıqlama
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 30-da gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə edilsə də, gündüz saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli, zəif yağış ehtimalı var.

Bu barədə Trend-ə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, aprelin 29-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, axşama doğru isə yağıntının tədricən kəsiləcəyi ehtimal olunur.

"Aprelin 30-da Bakı və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 15 dərəcədən 18 dərəcəyədək olacağı gözlənilir. Bölgələrdə yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 17 dərəcədən 22 dərəcəyədək, dağlıq ərazilərdə isə 8 dərəcədən 13 dərəcəyədək olacaq", o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti