Avstraliyada təyyarə qəzası: ölən və yaralananlar var - VİDEO

Dünya xəbərləri Materials 29 Aprel 2026 14:59 (UTC +04:00)
Avstraliyada təyyarə qəzası: ölən və yaralananlar var - VİDEO
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avstraliyanın cənubunda yerləşən Parafild aeroportunda kiçik tutumlu təyyarə qəzaya uğrayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hadisə nəticəsində 2 nəfər həyatını itirib, daha 10 nəfər yaralanıb.

Məlumata görə, təyyarə yerli vaxtla 14:10 radələrində (Bakı vaxtı ilə 08:10) eniş zamanı aeroportun anqarına çırpılıb. Toqquşma nəticəsində yanğın baş verib, hadisə yerinə yanğınsöndürmə heyətləri səfərbər olunub.

Ölənlər təyyarənin göyərtəsində olmuş şəxslərdir. Zərərçəkənlər isə toqquşma zamanı anqarın yaxınlığında olublar. Onlardan biri ağır bədən xəsarətləri alıb.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti