Azərbaycan banklarının kredit portfeli artıb

İqtisadiyyat Materials 29 Aprel 2026 16:03 (UTC +04:00)
Azərbaycan banklarının kredit portfeli artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 31 mart tarixinə olan vəziyyətə görə, Azərbaycan banklarının kredit portfeli 0,6 faiz və ya 171,5 milyon manat artıb və 30 milyard 290 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən məlumat verir.

Kredit portfelinin strukturu aşağıdakı kimi olub:

biznes kreditləri –53.5% (16,214.8 mln. manat); istehlak kreditləri – 31.3% (9,490.9 mln.
manat) və ipoteka kreditləri – 15.2% (4,584.6 mln. manat).

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 37,568.4 mln. manat. Depozit portfelinin 55.8%-i (20,980.1 mln. manat) hüquqi şəxslərin, 44.2%-i (16,588.3 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti