Bakı. Trend:
Livanın cənubunda "Hizbullah" hərəkatı tərəfindən atılan raketlə İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı vurulub.
Trend-in məlumatına görə, bu barədə "Hizbullah" hərəkatı "Telegram" kanalında yazıb.
"İslam Müqavimət Qüvvələri Əl-Qantara bölgəsi üzərində uçan düşmən "Hermes 900" pilotsuz uçuş aparatını yer-hava raketi ilə vurub", - deyə qeyd olunub.
Məlumata əsasən, bundan əvvəl hərəkat döyüşçüləri Əl-Qantarada kamikadze dronu tərəfindən hücuma məruz qalan İsrailin Merkava tanklarından birini məhv edə biliblər.
Bundan əlavə, Bint Cbeyldə "Hizbullah" döyüşçüləri bu sərhəd şəhərinin sakinlərinin evlərini sökən "Caterpillar D9" buldozerini sıradan çıxarıblar.