Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər azalıb

İqtisadiyyat Materials 29 Aprel 2026 15:47 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş əmanətlərin həcmi 98,280 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 11,8 milyon manat və ya 10,7%, 2025-ci ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə isə 8,8 milyon manat və ya 8,2% azdır.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 6,28%-ə bərabər olub.

Eyni zamanda, bu ilin aprelin 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 928 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 80 min manat, yaxud 7,9% az, ötən ilin eyni dövrünə nisbətən isə 239 min manat və ya 34,7% çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,41% təşkil edib.

Qeyd edək ki, bu ilin aprelin 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,960 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 248,9 milyon manat və ya 1,4% az, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 1,9 milyard manat və ya 12,5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti