Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə strateji əməkdaşlığı müzakirə edib

Siyasət Materials 28 Aprel 2026 21:37 (UTC +04:00)
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə strateji əməkdaşlığı müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə İtaliya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Görüş zamanı əsas regional və beynəlxalq məsələlər, həmçinin Roma ilə Bakı arasında siyasi və iqtisadi əməkdaşlığın strateji sahələrində tərəfdaşlığın gücləndirilməsi diqqət mərkəzində olub.

Bildirilib ki, yanvarda imzalanmış Fəaliyyət Planı çərçivəsində və İtaliyanın Baş naziri Corcia Meloninin qarşıdakı səfərinə hazırlıq məqsədilə geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti