Pakistan "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirib

Dünya xəbərləri Materials 29 Aprel 2026 08:51 (UTC +04:00)
Pakistan "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan İranda hazırlanan, 400 km mənzilli "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə Cənubi Asiya ölkəsinin Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) xəbər verib.

Bildirilib ki, qabaqcıl avionika və müasir naviqasiya avadanlığı ilə təchiz olunan raket sisteminin uğurlu təlim sınağı raket qüvvələrinin döyüş qabiliyyətlərini artırmağa yönəlib.

"Dəqiqliyi və davamlılığı artırmaq üçün daxil edilmiş bir sıra altsistemlərin müxtəlif texniki parametrləri və xüsusiyyətləri sınaqdan keçirilib", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti