Azərbaycanda gömrük qərarları elektron formada qəbul olunacaq

Cəmiyyət Materials 29 Aprel 2026 14:10 (UTC +04:00)
Azərbaycanda gömrük qərarları elektron formada qəbul olunacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gömrük orqanının qərarının qüvvəyə minmə qaydalarında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, gömrük orqanının qərarı şəxs (şəxslər) onu aldığı gündən qüvvəyə minir.

Təklif edilən dəyişikliyə əsasən, gömrük orqanının qərarı ünvanlandığı və ya maraqlarına toxunduğu şəxsə yazılı, o cümlədən elektron formada rəsmi bildiriş göndərildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minəcək.

Həmçinin, gömrük orqanının qərarı elektron formada da qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti