Bakı. Trend:
Ödənilmiş gömrük ödənişləri yaranmış gömrük borcu üzrə nəzərə alınacaq.
Trend-in məlumatına görə, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Dəyişikliyə əsasən, gömrük ərazisində son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən qismən azad olunmaqla sərbəst dövriyyəyə buraxılmış, o cümlədən həmin ödənişlərdən qismən azad olunmaqla müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi, yaxud onların məhv edilməsi nəticəsində yaranan qalıqların və tullantıların gömrük rəsmiləşdirilməsi zamanı gömrük borcu hesablanarkən həmin mallara görə əvvəllər ödənilmiş gömrük rüsumlarının və vergilərin məbləği nəzərə alınır.
