Mərkəzi Bank kapital bazarları üzrə hədəflərini açıqlayıb

İqtisadiyyat Materials 28 Aprel 2026 14:33 (UTC +04:00)
Mərkəzi Bank kapital bazarları üzrə hədəflərini açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) "2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasının 2025-ci il üzrə icra vəziyyəti hesabatı"nda kapital bazarlarının inkişafı üzrə növbəti addımları müəyyənləşdirib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, Mərkəzi Bank tərəfindən IOSCO (Beynəlxalq Qiymətli Kağızlar Komissiyaları Təşkilatı) prinsiplərinə uyğunluğun təmin edilməsi, klirinq və hesablaşma funksiyaları baxımından əsas infrastruktur elementi kimi Mərkəzi Kontragent İnstitutunun (MKİ) yaradılması potensialının qiymətləndirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, investisiya fondları ilə bağlı tənzimləyici çərçivənin qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsi, təkmilləşdirilmiş nəzarət planının tərtib edilməsi və nəzarət alətlərinə, məlumat mənbələrinə və təhlil metodlarına (SupTech) yenidən baxılması planlaşdırılır.

Eyni zamanda görüləcək işlər kimi risk əsaslı nəzarət çərçivəsinin hazırlanması və tətbiqi də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" 2025-ci ildə 85,6% icra edilib.

Dövr ərzində strategiya çərçivəsində Bank sektoru üzrə icra 86,3%, sığorta sektoru üzrə 80%, kapital bazarları üzrə 84,6%, ödəniş sektoru üzrə 86,5%, rəqəmsal maliyyə üzrə 84,7%, dayanıqlı maliyyə üzrə 100%, peşəkar inkişaf və maliyyə məlumatlılılığı üzrə icra 85,7% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti