ABŞ kosmik proqramını dəyişdirməsə, Çin Ay yarışında ona uduza bilər - NASA

Dünya xəbərləri Materials 29 Aprel 2026 04:16 (UTC +04:00)
ABŞ kosmik proqramını dəyişdirməsə, Çin Ay yarışında ona uduza bilər - NASA

Bakı. Trend:

ABŞ kosmik proqramında əsaslı dəyişikliklər etməsə, Çin Ay yarışında ona uduzmaq riski ilə üzləşə bilər.

Trend-in məlumatına görə, bu qiymətləndirməni NASA administratoru Cared İsaakman Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı səsləndirib.

Çinin kosmik tədqiqatlardakı uğurlarını şərh edən İsaakman bildirib ki, o, artıq bu ölkəni “demək olar ki, ABŞ-a bərabər” hesab etmir: “Düşünürəm ki, onlar bizə çatmağa xeyli yaxınlaşıblar. Onlar inanılmaz dərəcədə sürətlə irəliləyirlər. Hesab edirəm ki, altı ay əvvəl bu barədə bildiyimiz bir çox məlumat artıq aktual deyil; onlar bu müddətdə iki nəsil irəliləyiblər”.

İsaakmanın sözlərinə görə, NASA dəyişikliklər tətbiq etməli, “yanaşmanı vahidləşdirməli, əsas bacarıqları bərpa etməli və “əzələ yaddaşını” yenidən formalaşdırmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti