Bakı. Trend:
Bu ilin 1 aprel tarixinə Azərbaycanın daxili dövlət borcu 16 milyard 492,9 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil edib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Daxili dövlət borcu 2026-cı ilin 1 yanvar tarixi ilə müqayisədə 1 milyard 311,6 milyon manat azalıb.
Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 695,5 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 797,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
