Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 190,285 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 milyon manat və ya 3,3% azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 11,6 milyon manat və yaxud 21,2% artaraq 66,092 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-mart aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon manat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2% çoxdur.
