Yunanıstanda təqaüdçü odlu silahla 5 nəfəri yaraladı

Dünya xəbərləri Materials 28 Aprel 2026 15:36 (UTC +04:00)
Yunanıstanda təqaüdçü odlu silahla 5 nəfəri yaraladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanda 89-yaşlı təqaüdçü ölkənin Vahid Sosial Sığorta Fondunda (EFKA) və Afina Apelyasiya məhkəməsində odlu silahla beş nəfəri yaralayıb.

Trend xəbər verir ki, bu barədə “ERT-news” telekanalı məlumat yayıb.

Məlumata görə, kişi əvvəlcə Afinanın Petralona rayonunda yerləşən EFKA binasına daxil olub. Şahidlərin bildirdiyinə görə, o, dördüncü mərtəbəyə qalxaraq, tavana atəş açıb, daha sonra isə əməkdaşlardan birini ayağından yaralayıb. Zərərçəkən yerli xəstəxanaya çatdırılıb, onun xəsarəti həyati təhlükə yaratmır.

Bundan sonra həmin şəxs Afina Apellyasiya Məhkəməsinin binasında görünüb, burada da dördüncü mərtəbəyə qalxaraq məhkəmənin katibləri olan dörd qadına atəş açıb. Mövcud məlumata əsasən, onlar yüngül xəsarətlər alıblar. Cinayətkar ov tüfəngini hadisə yerində qoyaraq yenidən qaçıb. Onun bu hərəkətlərinin motivləri hələlik məlum deyil.

Telekanalın məlumatına görə, söhbət əvvəllər psixiatriya klinikasında müalicə almış 89 yaşlı bələdiyyə işçisindən gedir. Polis cinayətkarın axtarışı üçün genişmiqyaslı əməliyyata başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti