Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İranın uzunmüddətli blokadası üçün plan hazırlamağı tapşırıb.
Trend-in məlumatına görə, bu iddianı mənbələrə istinadla “The Wall Street Journal” (WSJ) nəşri yayıb.
Mənbələrin məlumatına görə, Ağ Ev rəhbəri bu yaxınlarda neft tankerləri də daxil olmaqla gəmilərin İran limanlarından çıxmasının qarşısını almaqla İslam Respublikasının iqtisadiyyatına təzyiq göstərilməsi ideyasını dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, digər variantlar — bombardmanların bərpası və ya münaqişədən çıxmaq — Vaşinqton üçün blokadanı davam etdirməkdən daha böyük risklər daşıyır.