Bu layihə Azərbaycanda yeni təhsil potensialının formalaşmasına töhfə verəcək - Emin Əmrullayev

Cəmiyyət Materials 28 Aprel 2026 12:42 (UTC +04:00)
Bu layihə Azərbaycanda yeni təhsil potensialının formalaşmasına töhfə verəcək - Emin Əmrullayev
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın IE Universiteti ilə birgə IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması Azərbaycanın təhsilinin beynəlmiləlləşdirilməsi istiqamətində yeni addım olacaq.

Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və Təhsil Naziri Emin Əmrullayev Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanı deyib.

“Bir neçə həftə və ya ay əvvəl bu ideyanı necə həyata keçirə biləcəyimiz barədə çox məhsuldar müzakirə apardıq. Əminəm ki, bu layihə ilk növbədə Azərbaycanda yeni təhsil potensialının formalaşmasına, eləcə də azərbaycanlı gənclərin və peşəkarların dəstəklənməsinə töhfə verəcək.

IE Universitetinə öz mərkəzlərindən biri üçün gözəl şəhər və möhtəşəm məkan yer olan Bakını seçdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Bakı təkcə neft-qaz tarixi ilə deyil, həm də multikultural mühiti, regionların kəsişməsində yerləşən strateji mövqeyi və gələcək inkişaf üçün böyük potensialı sayəsində tarix boyu biznes və təhsil sahəsində üstün mərkəz olmağa layiqdir. Həmçinin SOCAR-dakı həmkarlarıma Azərbaycanda təhsilə daha geniş mənada göstərdikləri səxavətli dəstəyə görə təşəkkür edirəm. Hesab edirəm ki, bu, artıq uğurlu tarixə malik olan və inkişaf etməyə davam edən dövlət və özəl sektor əməkdaşlığının mühüm nümunəsidir”,- deyə nazir bildirib.

E. Əmrullayev qeyd edib ki, bu təşəbbüs azərbaycanlı mütəxəssislərə peşəkar əlaqələrini genişləndirməyə və qarşılıqlı fəaliyyətin yeni səviyyəyə yüksəlməsinə vəsilə olacaq.

“Əminəm ki, bu layihə Azərbaycan təhsil ictimaiyyətinin beynəlmiləlləşdirilməsi və ali təhsil sisteminin inkişafı yolunda növbəti addım olacaq”, – deyə nazir əlavə edib.

Onun sözlərinə görə, bu təşəbbüs Azərbaycanda təhsilin əlçatanlığının, keyfiyyətinin və beynəlxalq inteqrasiyasının artırılmasına yönəlmiş ali təhsil siyasətinə uyğundur.

“Biz artıq qürur duyduğumuz bir sıra layihələri həyata keçiririk, məsələn, Türkiyə-Azərbaycan Universiteti və müxtəlif ölkələrdən olan tərəfdaşlarla ikili diplom proqramları. Bu gün isə IE Universiteti ilə tərəfdaşlığı qeyd edirik”, – deyə nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti