SOCAR Bakıdakı IE Liderlik və İnnovasiya Mərkəzini uzunmüddətli strateji investisiya kimi nəzərdən keçirir - Rövşən Nəcəf

Cəmiyyət Materials 28 Aprel 2026 11:34 (UTC +04:00)
SOCAR Bakıdakı IE Liderlik və İnnovasiya Mərkəzini uzunmüddətli strateji investisiya kimi nəzərdən keçirir - Rövşən Nəcəf
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) IE Liderlik və İnnovasiya Mərkəzini uzunmüddətli strateji investisiya kimi nəzərdən keçirir.

Trend xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf İspaniyanın IE Universiteti ilə Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimində bildirib.

Onun sözlərinə görə, 180 ildən artıq müddətdə neft sənayesi dövlətin inkişafına mühüm töhfə verib, lakin bu gün strateji prioritet yeni liderlər nəslinin formalaşdırılması və insan potensialının inkişafı olmalıdır.

“Artıq Azərbaycan üçün yalnız ənənəvi təbii resurslara deyil, həm də biliklərin və insan kapitalının inkişafına diqqət yetirməyin vaxtıdır. Məhz bunlar Azərbaycanın gələcək inkişafının əsas amillərinə çevriləcək”, – deyə o bildirib.

R. Nəcəf vurğulayıb ki, IE beynəlxalq universiteti, özəl sektor və SOCAR-ın iştirakı ilə həyata keçirilən birgə təşəbbüs Azərbaycanda dünya səviyyəli liderlik və innovasiya mərkəzinin yaradılmasına yönəlib.

“Gələcəyin liderləri sadəcə menecerlər deyil, trendləri formalaşdıran və sahələri transformasiya edən uzaqgörənlərdirlər”, – deyə o qeyd edib.

Şirkət prezidenti həmçinin layihəyə göstərilən dəstəyə görə dövlət qurumlarına və özəl tərəfdaşlara təşəkkür edib və vurğulayıb ki, bu cür təşəbbüslər yalnız dövlət, biznes və akademik mühit arasında sıx əməkdaşlıq çərçivəsində mümkün olur.

O əlavə edib ki, SOCAR layihəni nəticələri onilliklər ərzində hiss olunacaq uzunmüddətli strateji investisiya kimi nəzərdən keçirir.

Onun sözlərinə görə, yeni mərkəz azərbaycanlı gənclərin ölkəni tərk etmədən dünya səviyyəli təhsil ala biləcəyi platformaya çevrilməlidir.

O əlavə edib ki, SOCAR layihəni nəticələri onilliklər ərzində hiss olunacaq uzunmüddətli strateji investisiya kimi nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti