Azərbaycan Çində keçirilən 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində təmsil olunur (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2026 15:05 (UTC +04:00)
Azərbaycan Çində keçirilən 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində təmsil olunur (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Çin Xalq Respublikasının Çendu şəhərində 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisi təşkil edilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.

Bildirilib ki, tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti də təmsil olunur. Sərginin açılış mərasimində Azərbaycan ilə Çin arasında imzalanmış mühüm sənədlər, strateji tərəfdaşlığın inkişaf dinamikası barədə məlumat verilib. Eyni zamanda nəqliyyat və logistika sahəsində mövcud olan sıx əməkdaşlıq xüsusi vurğulanıb.

Nümayəndə heyətimiz, həmçinin sərgi çərçivəsində keçirilən 10-cu Asiya – Avropa Multimodal Nəqliyyatın İnkişafı Konfransında iştirak edib. Toplantıda Azərbaycanın nəqliyyat sistemi, ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində, xüsusilə Orta Dəhlizdə rolu və həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib.

Sərgidə Azərbaycanın nəqliyyat-logistika potensialını əks etdirən stend təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti