Bakı. Trend:
ABŞ Sakit okeanda narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan gəmiyə zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb: “Kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda tanınmış narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və bu fəaliyyətə cəlb olunduğunu təsdiqləyib”.
Məlumata görə, zərbə nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.