İspaniyada attraksionun nasazlığı nəticəsində dörd nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 26 Aprel 2026 03:44 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın Sevilya şəhərindəki yarmarkada katapult atışının nasazlığı nəticəsində dörd nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Daily Mail" qəzeti xəbər verib.

Məlumata əsasən, attraksion işləyərkən kabinəyə qoşulmuş kabellərdən biri qırılıb və nəticədə o, aşağı düşüb.

Bildirilib ki, hadisə nəticəsində ikisi uşaq olmaqla dörd nəfər yüngül xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti