İsrail Qəzzada HƏMAS silahlılarına zərbə endirib

Dünya xəbərləri Materials 25 Aprel 2026 02:06 (UTC +04:00)
İsrail Qəzzada HƏMAS silahlılarına zərbə endirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS hərəkatının bir neçə silahlı üzvünün məhv edildiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilib: “Əsgərlər Qəzza zolağının şimalında İsrail qüvvələrinin yaxınlığında silahlı HƏMAS üzvlərini aşkar ediblər. Təhlükəni aradan qaldırmaq məqsədilə onlar hava zərbəsi ilə zərərsizləşdirilib”.

Qurum əlavə edib ki, zərbədən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün bir sıra tədbirlər görülüb. Bunlara dəqiq idarə olunan sursatlardan istifadə və hava müşahidəsinin aparılması daxildir.

Xəbər lenti

Xəbər lenti