Bakı. Trend:
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bu həftə Hörmüz boğazında əlavə dəniz minaları yerləşdirdiyi bildirilir.
Trend-in məlumatına görə, bu barədə “Axios” nəşri ABŞ mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ İranın həyata keçirdiyi minalama əməliyyatını aşkar edib və prosesi yaxından izləyir. Portalın məlumatına əsasən, Vaşinqton İranın yerləşdirdiyi yeni minaların sayını bilir, lakin dəqiq rəqəmi açıqlamır.
Nəşr qeyd edir ki, bu, İranın ABŞ hərbi əməliyyatlarının başlanmasından bəri Hörmüz boğazını ikinci dəfə minaladığı ehtimal olunan haldır. Əvvəl yerləşdirilən və mütəxəssislər tərəfindən təxminən 100 mina olduğu bildirilən partlayıcıların hamısının aşkar edilib-edilmədiyi isə hələlik məlum deyil.
