Ağcabədidə ev yanıb: yeniyetmə ölüb

Hadisə Materials 24 Aprel 2026 09:09 (UTC +04:00)
Ağcabədidə ev yanıb: yeniyetmə ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə baş verən yanğın faciə ilə nəticələnib.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qiyamadınlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Hüseynova Mahirə Ocaqqulu qızına məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı evdə olan 12 yaşlı Şirinov İmaməddin Ayaz oğlu həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti