“Caspian Finance” BOKT kapitalından 5 milyon manat geri götürdü

İqtisadiyyat Materials 24 Aprel 2026 13:40 (UTC +04:00)
“Caspian Finance” BOKT kapitalından 5 milyon manat geri götürdü
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” MMC nizamnamə kapitalını azaldır.

Trend xəbər verir ki, bu barədə BOKT özü elan edib.

Bildirilib ki, “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İştirakçıların Ümumi Yığıncağının 20 aprel 2026-cı il tarixli 04/2026-2 saylı qərarına əsasən, cəmiyyətin nizamnamə kapitalında dəyişiklik edilib.

Qərara uyğun olaraq, İştirakçıların Ümumi Yığıncağının 29 may 2025-ci il tarixli 05/2025-02 saylı qərarı ilə daşınmaz əmlak hesabına artırılmış 5 000 000 manat məbləğində nizamnamə kapitalı, əmlakın kapitaldan geri çıxarılması hesabına azaldılıb.

Buna qədər isə BOKT-un nizamnamə kapitalı 10 milyon manata bərabər idi.

BOKT-un qanuni təmsilçisi İsgəndərov Samir Xangiz oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti