Yaponiyada quş qripi – Yüz minlərlə toyuq məhv edilir

Dünya xəbərləri Materials 23 Aprel 2026 22:50 (UTC +04:00)
Yaponiyada quş qripi – Yüz minlərlə toyuq məhv edilir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Aomori prefekturasında yayılan quş qripi ilə əlaqədar 230 mindən çox toyuq məhv edilib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Həmin rayonda 32 quşçuluq ferması ətrafında 10 km radiusda qadağan olunmuş zona tətbiq olunub.

Mütəxəssislər hesab edirlər ki, yayılan xəstəliyin ciddi iqtisadi fəsadları ola bilər. Belə ki, 2023-cü ildə quş qripi dalğası ilə əlaqədar toyuqların kütləvi şəkildə məhv edilməsi 1991-ci ildən bəri ölkədə ən yüksək yumurta qiymətlərinə səbəb olmuşdu. Yumurtanın satış qiyməti öncəki illə müqayisədə 76 faiz bahalaşmışdı. Bəzi supermarketlərdə pərakəndə satış zamanı müştərilərə say məhdudiyyəti belə qoyulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti