Bakı. Trend:
ABŞ-nin Oklahoma ştatının şimalında baş verən tornado nəticəsində ən azı 10 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya şirkətinin yerli şöbəsi bildirib.
Məlumata əsasən, təbii fəlakət Qarfild dairəsinə təsir göstərib və Vens Hərbi Hava Qüvvələri bazasına kiçik ziyan vurub.
Təcili yardım xidmətləri axtarış-xilasetmə əməliyyatı aparır. Xəsarət alanların sağlamlıq vəziyyəti barədə hələlik məlumat verilməyib.