Küveyt hava məkanını açıb

Dünya xəbərləri Materials 24 Aprel 2026 14:46 (UTC +04:00)
Küveyt hava məkanını açıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Küveyt hakimiyyəti mülki təyyarələr üçün hava məkanını açmaq barədə qərar qəbul edib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, hərbi böhranın Yaxın Şərqdə başladığı andan — 55 gün sonra, ilk dəfə olaraq sərnişin reyslərinin yerli aeroportlara eniş etməsi mümkün olub.

Bununla belə, bütün uçuşların Küveyt Mülki Aviasiya İdarəsi ilə razılaşdırılması tələbi qüvvədə saxlanılır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti