Tramp İsrail və Livan liderlərinin qarşıdakı həftələrdə Ağ Evdə görüşəcəyini gözləyir

Dünya xəbərləri Materials 24 Aprel 2026 05:52 (UTC +04:00)

Bakı. Trend:

Atəşkəsin uzadılması ilə bağlı İsrail və Livan liderləri arasında görüş yaxın bir neçə həftə ərzində Ağ Evdə keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə D. Tramp Ağ Evdə jurnalistlərə deyib.

"Düşünürəm ki, Livan Prezidenti və İsrail Baş naziri yaxın bir neçə həftə ərzində buraya gələcəklər", - deyə o bildirib.

O, atəşkəsin əlavə üç həftə davam etməli olduğunu xatırladıb və Livan və İsrail liderlərinin "çox güman ki, həmin vaxt buraya gələcəklərini" bildirib. Onun fikrincə, bu, "tarixi hadisə" olacaq.

Xəbər lenti

Xəbər lenti