Bakı. Trend:
Bu ilin birinci rübü ərzində Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsinin icrası çərçivəsində 3 milyard 210 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
Trend bu barədə fonda istinadən xəbər verir.
Layihə xərcləri
2026-cı ilin yanvar-mart aylarında aşağıdakı icrası davam edən layihələrə 7,1 milyon manat yönəldilib, o cümlədən:
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 5,9 milyon manat.
İdarəetmə xərcləri
Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,4 milyon manat təşkil edib.
