Ağcabədidə Kür çayı bəndinin yarılması ilə bağlı vəziyyət nə yerdədir?

Hadisə Materials 23 Aprel 2026 14:35 (UTC +04:00)
Ağcabədidə Kür çayı bəndinin yarılması ilə bağlı vəziyyət nə yerdədir?
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Xəbər verildiyi kimi, Kür çayında suyun səviyyəsinin artması nəticəsində Ağcabədi rayonunda Qarqar çayının mühafizə bəndinin bir hissəsi yarılıb. Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi vəziyyətin nəzarət altında olduğunu bildirir.

Məsələ ilə bağlı Trend-ə Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev bildirib ki, hadisə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində qeydə alınıb.

Onun sözlərinə görə, son günlər Kür çayında suyun səviyyəsinin yüksəlməsi axının istiqamətini dəyişərək Qarqar çayına yönəldib. Nəticədə Qarqar çayının mühafizə bəndinin aşağı hissəsində sızma yaranıb və təxminən 700 metr məsafədə bənd yarılıb.

E. Nuriyev qeyd edib ki, hazırda axan sular yaşayış məntəqələri üçün təhlükə yaratmır: “Ərazi əsasən örüş sahələrindən ibarətdir, burada əkin sahələri mövcud deyil. Buna baxmayaraq, bütün qabaqlayıcı tədbirlər görülür”.

Rəis əlavə edib ki, hadisə yerinə daş, beton və torpaq materialları, həmçinin xüsusi texnika cəlb olunub: “İnanırıq ki, günün sonuna qədər Kür və Qarqar çayları arasındakı axını dayandıracağıq və vəziyyət tam nəzarət altına alınacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti