Ağcabədidə Kür çayı bəndi yarılıb (FOTO)

Hadisə Materials 23 Aprel 2026 11:16 (UTC +04:00)
Ağcabədidə Kür çayı bəndi yarılıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi rayonunda Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində mühafizə bəndi yarılıb.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, son günlər yağan aramsız yağışlar çayda suyun həcmini artıraraq daşqına səbəb olub.

Belə ki, nəticədə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın çaya qovuşduğu nöqtədə bənd dağılıb.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.

Hazırda ərazidə vəziyyət nəzarət altındadır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti