Bakı. Trend:
"Bayer"in müdafiəçisi Edmond Tapsoba karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Trend xarici mediaya istinadən xəbər verir ki, "Beşiktaş" burkina-fasolu futbolçunu transfer etmək istəyir.
İstanbul nəhəngi 27 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə qatmaq üçün Almaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Bayer" Edmond Tapsobanı 2020-ci ilin yayında Portuqaliyanın "Vitoriya" klubundan 20 milyon avroya transfer edib. Təcrübəli müdafiəçi bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
