Ağcabədidə zədələnmiş bəndin bərpası işləri davam edir (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2026 22:22 (UTC +04:00)
Ağcabədidə zədələnmiş bəndin bərpası işləri davam edir (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Ağcabədi. Trend.

Ağcabədi rayonunda uçan bəndin bərpası istiqamətində işlər davam etdirilir.

Trend-in yerli müxbirinin məlumatına görə, bu gün səhər saatlarından etibarən Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində zədələnmiş bəndin bərkitmə işləri fasiləsiz şəkildə aparılır.

Hazırda hadisə yerinə cəlb olunmuş aidiyyəti dövlət qurumlarının texnikası və canlı qüvvəsi tərəfindən bəndin möhkəmləndirilməsi və bərpası istiqamətində intensiv tədbirlər görülür.

Ərazidə vəziyyət nəzarət altındadır. Mümkün təhlükələrin qarşısını almaq məqsədilə zəruri addımlar atılır, bəndin qısa müddətdə tam bərpası üçün işlər gücləndirilmiş rejimdə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti