Bakıda bəzi küçələrdə sıxlıq problemi aradan qaldırıldı (FOTO/VİDEO)

Cəmiyyət Materials 23 Aprel 2026 12:54 (UTC +04:00)
Bakıda bəzi küçələrdə sıxlıq problemi aradan qaldırıldı (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində yerləşən svetoforlarda dəyişiklik edilib.

Bu barədə Trend-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, son vaxtlar qeyd olunan yolayrıclarında nəqliyyat intensivliyinin artması nəzərə alınaraq, avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə:

1. Bəsti Bağırova - Cəfər Cabbarlı küçələrinin kəsişməsində svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 18 saniyə azaldılıb;

2. Cəfər Cabbarlı - Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 12 saniyə artırılıb.

Görülən işlər nəticəsində Bəsti Bağırova küçəsində günün müxtəlif saatlarında təxminən 220 metrdən çox uzunluqda yaranan nəqliyyat sıxlığı tamamilə aradan qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti