Azərbaycan və Çin arasında nəqliyyat, logistika, texnologiya sahələrində əməkdaşlıq dəyərləndirilib

İqtisadiyyat Materials 23 Aprel 2026 16:22 (UTC +04:00)
Azərbaycan və Çin arasında nəqliyyat, logistika, texnologiya sahələrində əməkdaşlıq dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Çin arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Çin Xalq Respublikasının Dövlət İnternet İnformasiya Ofisinin naziri Cuan Junven ilə görüş keçirdik. Görüş zamanı ölkələrimiz arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.

İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi apardıq. Eyni zamanda kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışdıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti