“Microsoft” Avstraliyada süni intellekt infrastrukturu üçün milyardlarla sərmayə ayıracaq

Dünya xəbərləri Materials 23 Aprel 2026 09:00 (UTC +04:00)
“Microsoft” Avstraliyada süni intellekt infrastrukturu üçün milyardlarla sərmayə ayıracaq

Bakı. Trend:

ABŞ-ın texnologiya şirkəti “Microsoft” yaxın üç il ərzində Avstraliyada süni intellekt sahəsində infrastrukturun yaradılması və inkişafına 25 milyard Avstraliya dolları (təxminən 18 milyard ABŞ dolları) həcmində investisiya qoymağı planlaşdırır.

Trend xəbər verir ki, şirkətin baş icraçı direktoru Satya Nadella bu barədə “The Australian” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, bu, “Microsoft”un ölkədə indiyədək həyata keçirdiyi ən iri sərmayə olacaq və əsasən superkompüter imkanlarının artırılmasına, bulud texnologiyalarının inkişafına və məlumat mərkəzlərinin genişləndirilməsinə yönələcək.

Nadella qeyd edib ki, Avstraliya süni intellektdən istifadə etməklə iqtisadi inkişaf və sosial rifah baxımından böyük imkanlara malikdir.

Baş icraçı direktor əlavə edib ki, bəzi iş yerlərinin ixtisar olunması riski mövcud olsa da, süni intellekt texnologiyaları ölkədə məhsuldarlığın artırılmasında mühüm rol oynaya bilər. Şirkət 2028-ci ilədək ən azı 3 milyon Avstraliya vətəndaşına süni intellekt sahəsində təlim keçməyi planlaşdırır. Bundan əlavə, ayrılan vəsaitin bir hissəsi “Australian Signals Directorate” ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinə sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti