Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdırıb

Dünya xəbərləri Materials 22 Aprel 2026 16:00 (UTC +04:00)
Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının daimi nümaydələri Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro həcmində kreditin ayrılmasını təsdiqləyiblər. Bu, Macarıstanın sanksiyaları daha bloklamaması sayəsində mümkün olub.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kiprin Avropa İttifaqı Şurasındakı daimi nüyəndəliyi məlumat yayıb.

“Bu qərarların hər ikisi Aİ ölkələrinin daimi nümayəndələri səviyyəsində qəbul olunub. İndi onların yekun təsdiqi üçün yazılı prosedur keçiriləcək”, – deyə bildirilir.

Hər iki təklif üzrə təsdiq prosesinin sabaha kimi yekunlaşacağı gözlənilir.

Məlumatda, 20-ci sanksiya paketinə hansı tədbirlərin daxil ediləcəyini dəqiqləşdirmir. Lakin bəzi Qərb KİV-ləri daha əvvəl bildirirdilər ki, paket ilkin planlaşdırıldığı qədər genişmiqyaslı olmayacaq: ehtimal edilir ki, ölkələr neft sektoruna qarşı əvvəlcədən nəzərdə tutulmuş bir sıra tədbirlərdən imtina ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti