Türkiyədə İstanbulun bələdiyyə sədri həbs olunub

Dünya xəbərləri Materials 22 Aprel 2026 12:21 (UTC +04:00)
Türkiyədə İstanbulun bələdiyyə sədri həbs olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayon bələdiyyəsində tender, şəhərsalma və istismar icazəsi prosedurları ilə bağlı rüşvət alındığı iddiası üzrə aparılan istintaq çərçivəsində əməliyyat keçirilib.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, əməliyyatın gedişində 19 nəfər, o cümlədən, bələdiyyə sədri Onursal Adıgüzel polis əməkdaşları tərəfindən saxlanılıb.

Müvafiq prosedurların aparılmasından sonra yerli məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib və şübhəlilər şöbədən istintaq təcridxanasına göndəriliblər.

Xatıradaq ki, bir müddət əvvəl İstanbul Baş Prokurorluğu, Ataşehir bələdiyyə sədri Onursal Adıgüzel, sədr müavinləri Birkan Birol Yıldız, Orhan Aydoğdu və Oğuz Kayanın rüşvət aldıqları barədə daxil olan məlumatlar əsasında “rüşvət alma”, “cinayət törətmək məqsədilə təşkilat yaratma, idarə etmə və üzv olma” və “tenderə müdaxilə etmə” maddələri ilə cinayət işi açılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti