Bakıda yataqxanada yanğın olub (VİDEO)

Hadisə Materials 22 Aprel 2026 09:30 (UTC +04:00)
Bakıda yataqxanada yanğın olub (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində yanğın olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5kv.m. sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5kv.m. sahədə deformasiya edib.

Yataqxana binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti