Bakı. Trend:
Amerikalı hərbçilər ABŞ silahlı qüvvələrinin Hind-Sakit okean komandanlığının (INDOPACOM) məsuliyyət zonasında olan sularda “Tifani” adlı tankeri ələ keçirib.
Trend xəbər verir ki, bu barədə Pentaqonun “X” səhifəsində məlumat yayılıb.
“Bu gecə ABŞ Silahlı Qüvvələri heç bir insident olmadan sanksiya altında olan, dövlət mənsubiyyəti göstərilməyən “M/T Tifani” tankerini saxlayıb, yoxlama aparıb və gəminin göyərtəsinə qalxıb”,- deyə Pentaqonun "X" sosial şəbəkəsində yaydığı məlumatda qeyd olunub.
Qurum vurğulayıb ki, ABŞ hərbçiləri Vaşinqtonun qeyri-qanuni hesab etdiyi və İrana maddi dəstək göstərən təchizat şəbəkələrinin qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək.
