...

Güzəştli ipoteka hüququ olanların siyahısı genişləndirildi – FƏRMAN

Siyasət Materials 21 Aprel 2026 16:23 (UTC +04:00)
Güzəştli ipoteka hüququ olanların siyahısı genişləndirildi – FƏRMAN
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısı genişləndirilib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb.

Fərmana əsasən, ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısına daxil ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti