...

Bakı metrosunda ehtiyat generatorlar niyə istifadə edilmədi?

Cəmiyyət Materials 21 Aprel 2026 16:37 (UTC +04:00)
Bakı metrosunda ehtiyat generatorlar niyə istifadə edilmədi?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Metropoliteninin enerji sistemi elektrik yarımstansiyalarında olan sistemlərlə bağlıdır. Hazırda həmin mənbələrdən Metropolitenə enerjinin daxil olması həmişəki qaydada davam edir.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O vurğulayıb ki, texniki insidentin səbəbi Bakı Metropoliteninin tunelində aralıq kabelində baş verdiyindən ehtiyat elektrik enerjisi mənbəyi kimi dizel generatorlardan istifadə etmək qeyri-mümkün idi.

“Bununla belə, Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq sərnişinlərin təxliyəsi tam və heç bir insidentsiz başa çatdırılıb. Metropolitenə elektrik enerjisinin verilməsində problem yaranarsa, dizel generatorlar dərhal qoşulur və Bakı Metropoliteni xətlərində həm qatarların, həm işıqlandırma sisteminin, həm də digər infrastrukturun, o cümlədən ventilyatorların, nasosların, eskalatorların fəaliyyəti tam təmin olunur.Yəni həmin hadisə Bakı Metropoliteninə elektrik enerjisinin verilməsində fasilə yarandıqda baş verir. Bu gün baş verən hadisə isə Bakı Metropoliteninin tunelində kabeldə baş vermiş qısaqapanma nəticəsində baş verib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti