...

Avropa Komissiyası Aİ-nin hərbi xərclərini 10 dəfə artırmağı planlaşdırır

Dünya xəbərləri Materials 21 Aprel 2026 03:11 (UTC +04:00)
Avropa Komissiyası Aİ-nin hərbi xərclərini 10 dəfə artırmağı planlaşdırır

Bakı. Trend:

Avropa Komissiyası 2028–2034-cü illəri əhatə edəcək yeni yeddiillik büdcə çərçivəsində müdafiə sahəsinə ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.

Trend xəbər verir ki, bu barədə Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyus məlumat verib.

Onun sözlərinə görə, hərbi büdcənin 13 milyard avrodan 131 milyard avroya qədər yüksəldilməsi planlaşdırılır.

Kubilyus Avropa Parlamentindəki çıxışında bildirib ki, mövcud təhlükəsizlik şəraiti fonunda müdafiə və kosmik proqramların maliyyələşdirilməsinin artırılması qaçılmazdır və bu sahədə hər hansı güzəştə yol verilməməlidir.

O, 131 milyard avroluq məbləği minimum hədd kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti