Bakı. Trend:
Türkiyənin əyalətlərində baş verən məktəb hücumları ilə əlaqədar ictimaiyyət arasında qorxu və təşviş yaratmaq, ictimaiyyəti kin və düşmənçiliyə təhrik etmə və alçaltma ittihamları üzrə 25 nəfər saxlanılıb.
Trend Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun məlumatlarında bildirilir.
Şübhəli şəxs qismində saxlanılan və barələrində müvafiq maddələrlə cinayət işi açılan şəxslərdən 13-ü yaşı 18-dən az olan yeniyetmələr olub.
Şübhəlilərdən 20-nin İstanbuldan kənarda saxlanıldığı qeyd olunur.
Qeyd edək ki, 2026-cı ilin aprelində Türkiyədə ardıcıl iki məktəb hücumu baş verib: Şanlıurfada keçmiş şagird məktəbdə ov tüfəngi ilə atəş açaraq 16 nəfəri yaralayıb və daha sonra özü ölüb, hadisədə başqa ölən olmayıb; ertəsi gün Kahramanmaraşda isə 14 yaşlı şagirdin atasına məxsus silahlarla məktəbə etdiyi hücum nəticəsində 10 nəfər həlak olub (şagirdlər və bir müəllim) və 13-dən çox insanı yaralanıb.
