...

Salah Cerrardın rekordunu təkrarladı

İdman Materials 19 Aprel 2026 18:39 (UTC +04:00)
Salah Cerrardın rekordunu təkrarladı

Bakı. Trend:

Məhəmməd Salah mersisayd derbisində növbəti dəfə fərqlənib.

Trend xəbər verir ki, "Liverpul"un vingeri "Everton" ilə oyunda fasiləyə qədər hesabı açıb. Misirli futbolçu 29-cu dəqiqədə qol vuraraq derbidəki qol sayını 9-a çatdırıb.

Bununla da Salah Steven Cerrardın rekordunu təkrarlayıb. Hər iki futbolçu Premyer Liqa tarixində mersisayd derbilərində “Everton”a qarşı 9 qol vurub.

Xəbər lenti

Xəbər lenti