...

Kiyevdə atışma olub - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 18 Aprel 2026 20:33 (UTC +04:00)

Bakı. Trend:

Kiyevdə baş verən silahlı insident nəticəsində beş nəfər həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.

Ukrayna prezidenti bildirib ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko paytaxtda mülki şəxslərə atəş açan şəxsin zərərsizləşdirildiyini açıqlayıb. Hadisənin bütün təfərrüatları araşdırılır.

“Hazırda beş nəfərin öldüyü məlumdur. Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə Zelenski qeyd edib.

Məlumata əsasən, 10 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb və onlara zəruri tibbi yardım göstərilir. Həmçinin dörd girov azad olunub.

Zelenski əlavə edib ki, hadisə ilə bağlı operativ araşdırma aparılacağı gözlənilir. Hazırda Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidmətinin əməkdaşları iş aparırlar.

Kiyev meri Vitali Kliçko isə ölənlərin sayının altıya, yaralıların sayının isə 15-ə yüksəldiyini bildirib.

Baş prokuror Ruslan Kravçenko “Telegram”da yazıb ki, paytaxtda atəş açan şəxs Moskva sakini olub. O qeyd edib ki, Qoloseyevski rayonunda 58 yaşlı həmin şəxs insanlara atəş açdıqdan sonra supermarketdə barrikada quraraq girov götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti