...

Azərbaycan və Qırğızıstan müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini vurğulayıblar (FOTO)

Siyasət Materials 18 Aprel 2026 22:05 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini vurğulayıblar (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.

Trend Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlər ortaq tarixi, mədəni və qardaşlıq əlaqələrinə əsaslanan strateji tərəfdaşlığın davamlı şəkildə genişləndiyini təsdiqləyiblər.

Nazirlər vurğulayıblar ki, bütün səviyyələrdə aktiv siyasi dialoq ticarət, iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar yardım sahələrində əməkdaşlığın genişləndirilməsində əsas amil olaraq qalır.

Tərəflər Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq və regional platformalarda əlaqələndirilmiş qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayaraq, davamlı qarşılıqlı dəstəyin çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti